Azərbaycan samboçusu Elvin Bağırov Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünə çıxıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, 64 kq-da mübarizə aparan idmançı özbəkistanlı Şahriyorbek Mamatkulovla qarşılaşıb.
Rəqibini 8:7 hesabı ilə məğlub edən Bağırov qızıl medal qazanıb.