Bu gün birinci MDB Oyunları çərçivəsində 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi ilk matçını keçirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Rusiyanın Kazan şəhərində təşkil olunan qarşılaşmada komandamız belaruslu həmyaşıdlarına məğlub olub – 0:6.
B qrupunda yer alan U-19 növbəti oyununu sentyabrın 9-da keçirəcək. Ağatahir Əzimovun başçılıq etdiyi komanda Qırğızıstanın müvafiq yaş qrupundan ibarət millisi ilə qarşılaşacaq.