Azərbaycan idmançıları birinci MDB Oyunlarında daha 2 qızıl medal qazanıblar

A- A A+

Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunlarında komandamız daha iki qızıl medal qazanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, stend atıcılığının dairəvi növündə Cavid Həsənov bütün rəqiblərini qabaqlayaraq çempion olub. Komandamızın aktivinə daha bir qızıl medalı isə samboçumuz Toğrul Salmanov (+98 kq) yazdırıb. Samboçumuz əzmkarlıqla mübarizə apararaq fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Digər samboçumuz Rəsul Aydəmirov (98 kq) isə yalnız finalda uduzaraq gümüş medal əldə edib.

Bununla da Azərbaycan komandası birinci MDB Oyunlarında qazandığı medalların sayını 32-yə çatdırıb. Medallardan 11-i qızıl, 6-sı gümüş, 15-i bürüncdür.

Xatırladaq ki, sentyabrın 11-dək davam edəcək Oyunlarda Azərbaycan komandası idmanın 13 növündə təmsil olunur. Komandamız badminton (8 idmançı), basketbol (4), boks (8), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9), muaytay (tayboks, 6) idman növlərində mübarizə aparır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: