Serbiyanın Vrbas şəhərində yeniyetmə boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb.
NUHÇIXAN xəbər verir ki, 24 ölkənin qatıldığı yarışda Azərbaycan millisi 1 qızıl və 2 bürünc medal qazanıb.
Vaqif Kazımovun rəhbərlik etdiyi yığmamızın heyətində Murad Allahverdiyev (80 kq) bütün rəqiblərinə qalib gələrək çempion adını qazanıb. O, finalda hindistanlı Abhimanyu Louranı 5:0 (30:27, 30:27, 30:27, 29:28, 29:28) hesabı ilə məğlub edib.
Komandamızın digər boksçularından Əli Zamanovla (48 kq) Əzrak Bəbirov (54 kq) 3-cü yerlə kifayətləniblər. Onlar yarımfinalda müvafiq olaraq, Bişvamitra Çinqhtam və Laxmani Thanqjamçaya (hər ikisi Hindistan) uduzublar.
Qeyd edək ki, millimiz turnirə 8 boksçu ilə qatılmışdı.