"Marş İrəli" layihəsinin iştirakçıları Əlahiddə Ümumqoşun Ordunun zabitləri ilə görüşüb - VİDEO

A- A A+

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, hərbi simulyasiyalı layihənin düşərgəsində məskunlaşan gənclər Əlahiddə Ümumqoşun Ordunun zabitlərinin rəhbərliyi ilə idmanına başlayıb, sıra hazırlığı məşğələsi və parada hazırlıqla bağlı məşq prosesində iştirak ediblər. 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əlbəyaxa döyüş üzrə baş məşqçi-müəllimi, Əməkdar məşqçi Rəsul Məmmədov tərəfindən icra olunan “Əlbəyaxa döyüş” təlimi də iştirakçıların böyük marağına səbəb olub.

Əlahiddə Ümumqoşun Ordunun helikopter və qırıcı təyyarələrinin düşərgə üzərindəki uçuş manevrləri iştirakçılar üçün həyəcanlı və qürurverici anlar yaşadıb. Pilotlarımızın yüksək peşəkarlığı iştirakçılar tərəfindən alqış və dəstək şüarları ilə qarşılanıb. 

Gənclər, həmçinin komanda şəklində “Axtar tap” İntellektual Oyununda iştirak ediblər. Daha sonra iştirakçılar Şahbuz rayonuna yola düşüblər. Onlar burada yerləşən N Saylı Hərbi Hissədə nahar edib, ön xətdə xidmət edən hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olublar. İştirakçılar müşahidə məntəqələrindən ordumuzun nəzarətində olan əraziləri izləyiblər.  Layihə çərçivəsində Batabat gölü, Zorbulaq və Şahbuz Dövlət Təbiət Qoruğuna ekskursiyalar təşkil olunub. Şam yeməyinin ardınca "Milli azlıqlar, tolerantlıq" mövzusunda komanda təqdimatları olub. Bununla da layihənin 3 günü sona çatıb. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: