Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, avqustun 16-dan 19-dək İran İslam Respublikasının Urmiya şəhərində karate-do üzrə “Urmiya- Open ” XIV Həmrəylik və Dostluq Beynəlxalq Çempionatı keçirilib. Çempionatda 15 ölkədən 320 idmançı iştirak edib. Turnirdə Azərbaycan Milli Karate Federasiyasının tərkibində Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının təmsilçisi Alsan İsmayılov da iştirak edib. Karateçimiz 16-17 yaş qruplarında 76 kq çəki dərəcəsində III yerə layiq görülüb. Qaliblərə təşkilatçılar tərəfindən diplom, medal və pul mükafatı verilib.