Cüdoçularımız Avropa çempionatında mübarizəyə başlayırlar

A- A A+

Sentyabrın 9-da Lüksemburqda Avropa çempionatı (U-21) start götürür.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turnirin ilk günündə Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır. Belə ki, 60 kiloqram çəki dərəcəsində Qasım Vəlizadə Matan Kokolaev (İsrail), Turan Bayramov Roy Rosenlə (İsrail) güclərini sınayacaqlar. Digər çəkidə - 66 kiloqram çəki dərəcəsində Çingiz Fəttahov Andrejs Skomorohovs (Latviya), Rəşad Quluzadə isə Çarli Yunq (Böyük Britaniya) ilə qarşılaşacaqlar.

Qadınlar arasında 48 kiloqram çəki dərəcəsində Aydan Vəliyeva Eva Peres (İspaniya), Könül Əliyeva isə Yente Vestraeten (Belçika) ilə mübarizə aparacaqlar. Ülviyyə Bayramova (57 kq) isə Nikol Staxova (Almaniya) ilə qüvvəsini sınayacaq.

Turnir sentyabrın 11-dək davam edəcək. Yarışa 43 ölkədən 350-dən çox cüdoçu qatılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: