Naxçıvanda atıcılığın stend növü üzrə birincilik keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, paralimpiyaçılar arasında atıcılığın stend növü üzrə muxtar respublika birinciliyi keçirilib.

16 iştirakçının qatıldığı birincilik Gənclər və İdman Nazirliyi, Atıcılıq və Paralimpiya federasiyasının birgə təşkilatçılığı ilə reallaşıb. Məqsəd bu idman növünün təbliği və inkişaf etdirilməsidir. Həmçinin birincilikdə Vətən Müharibəsi qaziləri də gücünü sınayıb. Olimpiya sistemi üzrə keçirilən birincilikdə hər bir idmançıya 12 mərmidən istifadə etmək şansı verilib. Bütün rəqiblərini mübarizədən kənarlaşdıran Şəmsəddin Həsənov yarışın qalibi olub. Asəf Süleymanov II, Elvin Quliyev isə III yerə yiyələnib.

Sonda Gənclər və İdman naziri Ramil Hacı, Atıcılıq Federasiyasının sədri Səhhət Həbibbəyli və Paralimpiya Federasiyasının sədri Nicat Babayev çıxış edərək idmançılara gələcək yarışlarda uğurlar arzulayıblar. İlk üç yerə çıxan və fərqlənən idmançılara təşkilatçıların diplom, kubok və hədiyyələri təqdim olunub.

Əli İbrahimbəyli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: