Azərbaycan Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında daha iki medal qazanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən cüdoçu Elçin Hüseynov və 81-da yarışan Murad Fətiyev bürünc medala sahib çıxıb.
Qeyd edək ki, bu gün Azərbaycanın 9 kişi və 7 qadın cüdoçusu yarışır.