Ümumdünya Şahmat Olimpiadası: Komandamız Moldova yığmasına böyük hesabla qalib gəlib

A- A A+

İkinci onlayn Ümumdünya Şahmat Olimpiadasının top divizionunda Azərbaycan komandası növbəti üç oyununu keçirib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, B qrupunda mübarizə aparan komandamız günün sonuncu qarşılaşmasında Moldova yığması ilə üz-üzə gəlib. Şahmatçılarımız rəqibi 5:1 hesabı ilə məğlubiyyətə uğradıblar.

Qeyd edək ki, ilk görüşdə Belarus yığmasına 3:2 hesabı ilə qalib gələn təmsilçilərimiz sonrakı oyunda Hindistan komandasına uduzublar – 2:4.

Başa çatan 6 turun nəticələrinə əsasən, Azərbaycan komandası 7 xalla dördüncü sırada qərarlaşıb. Hindistan 11 xalla turnir cədvəlinə liderlik edir.

Yığma komandamızın əsas heyəti Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayevadan ibarətdir. Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Məhəmməd Muradlı və Gövhər Beydullayeva isə ehtiyat oyunçular sırasında yer alıblar.

Qrupda ilk iki yeri tutan komanda pley-offa yüksələcək. Birinci divizionun oyunları sentyabrın 10-dək davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: