“Champions Showdown: Chess9LX”: Şəhriyar Məmmədyarov ABŞ təmsilçiləri ilə qarşılaşacaq

A- A A+

Sentyabrın 9-da Sent-Luisdə (ABŞ) “Champions Showdown: Chess9LX” turnirinin növbəti 3 turunun oyunları keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Fişer şahmatı” üzrə təşkil olunan yarışın növbəti turlarında təmsilçimiz Şəhriyar Məmmədyarov ABŞ təmsilçiləri Uesli So, Leynyer Dominqes Peres və Sem Şenklendlə qarşılaşacaq.

Qeyd edək ki, ilk 3 turdan sonra liderdən yarım xal geri qalan Ş.Məmmədyarov 2 xalla turnir cədvəlində ikinci sırada qərarlaşıb.

Dairəvi sistem üzrə keçirilən yarışda 10 şahmatçı iştirak edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: