Avropa Liqası: "Legiya" Mahir Emrelini qrup oyunları üçün sifariş edib

A- A A+

Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq Polşanın "Legiya" klubu iştirak ərizəsini UEFA-ya təqdim edib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Varşava təmsilçisi qrup oyunları üçün 25 futbolçu sifariş verib. Onların arasında Azərbaycan millisinin hücumçusu Mahir Emreli də var.

Oyunçulardan 2-si qapıçı, 9-u müdafiəçi, 9-u yarımmüdafiəçi, 5-i isə hücumçudur.

Qeyd edək ki, "Legiya" İtaliyanın "Napoli", İngiltərənin "Lester Siti" və Rusiyanın "Spartak" (Moskva) klubları ilə birlikdə C qrupunda mübarizə aparacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: