İdmançıların “Yay məktəbi”ndə növbəti mərhələyə yekun vurulub - FOTOLAR

A- A A+

Ağbulaq İstirahət Mərkəzində idmançıların istirahətinin səmərəli keçirilməsi məqsədilə təşkil olunan ənənəvi “Yay məktəb”ləri bu il də davam etdirilir.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Nazirlik, Həmkarlar İttifaqları Şurası və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi tərəfindən təşkil olunan 3 günlük düşərgədə Kikboksinq, Hava və Ekstremal İdman Növləri, Karate-do və Paralimpiya federasiyalarından ümumilikdə 50 nəfər iştirak edib. 

Proqrama əsasən təyin olunan müddət ərzində müxtəlif idman oyunları, müsabiqələr və film nümayişləri və Ağbulaq kəndi ərazisinə gəzinti təşkil olunub.

Qeyd edək ki, qrafikə əsasən 13-15 sentyabr tarixlərini əhatə edəcək növbəti mərhələdə Boks, Futbol, Güləş və Basketbol federasiyalarının məşqçi və idmançılarının iştirakı nəzərdə tutulub. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: