Yeniyetmə karateçilərimiz Dünya Məktəblilərinin İdman Oyunlarında iştirak edəcəklər

A- A A+

Sentyabrın 11-19-da Serbiyanın paytaxtı Belqradda Beynəlxalq Məktəb İdmanı Federasiyasının təşkilatçılığı ilə Dünya Məktəblilərinin İdman Oyunları keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yarışda ölkəmizi Təhsil Respublika İdman Mərkəzinin karate üzrə 8 idmançıdan ibarət seçmə komandası təmsil edəcək.

Baş məşqçi Əbülfət Qarayev məsul yarışda 14-15 yaşlı yeniyetmələrdən Amin Yadigarlı (52 kq), Cavidan Cəlilzadə (57 kq), Rəşid Süleymanov (63 kq), Orxan Musayev (+70 kq), Pərvin Hüseynzadə (47 kq), Sunay Kazımova (54 kq), Məryəm Qurbanova (+54 kq) və Ramilə Heydərlinin (kata) çıxış etməsinə üstünlük verib.

Beynəlxalq dərəcəli hakim Vüqar Kərimov Dünya Məktəblilərinin İdman Oyunlarında ədaləti qoruyacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: