Birinci MDB Oyunları: Dörd karateçimiz finala yüksəlib

A- A A+

Bu gün Azərbaycan karateçiləri Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunlarında mübarizəyə başlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, kata yarışlarında Həsənəli Həsənov finala yüksəlib. Kumitedə isə İnci Əzizova (50 kq), Əminağa Quliyev (60 kq) və Osman Osmanlı (+84 kq) həlledici görüşdə iştirak hüququna yiyələniblər.

Bundan başqa katada Ceyhun İsmayılov, kumitedə Mədinə Sadıqova (55 kq), Alika Semihova, Zəhra Allahverdiyeva (hər ikisi 68 kq), Sultan Hüseynov (60 kq), Nuran Rzazadə (67 kq), Fərid Ağayev (75 kq), Abbas Dadaşov, Hüseyn Hüseynzadə (hər ikisi 84 kq) bürünc medal uğrunda görüşə çıxacaqlar.

Qarşılaşmalar sentyabrın 11-də keçiriləcək.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: