Bu gün Azərbaycan Premyer Liqasının III turuna start verilir

A- A A+

Sentyabrın 11-də futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start veriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turun oyunları iki gün ərzində keçiriləcək.

Turun saat 18:00-da başlayacaq birinci görüşündə “Sabah” və “Qəbələ” komandaları üz-üzə gələcəklər. Üçüncü turun birinci gününə saat 20:15-də oynanılacaq “Keşlə” – “Zirə” matçı ilə yekun vurulacaq. Qarşılaşma “ASCO Arena”da keçiriləcək.

Turun sentyabrın 12-də keçiriləcək digər oyunlarında “Səbail” klubu “Sumqayıt"ı, “Neftçi” isə “Qarabağ”ı qəbul edəcək.

Bütün görüşlər “CBC Sport” televiziyası ilə birbaşa yayımlanacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: