Badmintonçularımız birinci MDB Oyunlarında üç kateqoriya üzrə finalda çıxış edəcəklər

A- A A+

Badmintonçularımız Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunlarında 3 kateqoriya üzrə finalda çıxış edəcəklər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, oğlanların şəxsi yarışında yarımfinalda Rusiya təmsilçisi Georgiy Lebedevə 2:1 hesabı ilə qalib gələn badmintonçumuz Diki Pangestu finalda Qazaxıstan təmsilçisi Dmitriy Panarinlə qarşılaşacaq.

Qızların şəxsi yarışında yarımfinalda Belarus idmançısı Marina Yanbayevaya 2:0 hesabı ilə qalib gələn Era Maftuha həlledici qarşılaşmada Mariya Qolubeva (Rusiya) ilə üz-üzə gələcək.

Oğlanların qoşa yarışında yarımfinalda Rusiyanı təmsil edən Amir Hamidulin-Pavel Moniç cütü üzərində 2:1 hesablı qələbə qazanan Diki Pangestu-Məhəmməd Xədafi tandemi finalda Georgiy Lebedev-Lev Barinov (Rusiya) qoşası ilə görüşəcək.

Final görüşləri Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Qarışıq-qoşa yarışda yarımfinalda Pavel Moniç-Regina Qaliaxmetova (Rusiya) cütünə 0:2 hesabı ilə uduzan Aqil Qəbilov-Era Maftuha tandemi müvafiq kateqoriyada bürünc medal qazanıb.

Xatırladaq ki, daha əvvəl yeniyetmə və gənc badmintonçularımızdan ibarət millimiz komanda yarışında gümüş medal qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: