İngiltərə Premyer Liqası: “Liverpul” üç xalı üç cavabsız qolla qazanıb

A- A A+

Sentyabrın 12-də futbol üzrə İngiltərə Premyer Liqasının dördüncü turunun növbəti oyunu keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, çempionluğa iddialı “Liverpul” səfərdə “Lids Yunayted” komandasının qonağı olub.

Görüş “Liverpul” komandasının inamlı qələbəsi ilə başa çatıb. Mersessayd təmsilçisinin heyətində Məhəmməd Salah, Sadio Mane və Fabinyo fərqləniblər. Bu qələbə sayəsində xal ehtiyatını 10-a çatdıran “Liverpul” turnir cədvəlində üçüncü, “Lids Yunayted” isə iki xalla 17-ci yerdə qərarlaşıb.

Növbəti turda “Liverpul” öz meydanında “Kristal Palas”ı qəbul edəcək. “Lids Yunayted” isə səfərdə “Nyukasl Yunayted”in qonağı olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: