Sentyabrın 12-də futbol üzrə Türkiyə çempionatının IV turu çərçivəsində "Trabzonspor" doğma meydanda "Qalatasaray"ı qəbul edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qalib müəyyənləşməyib - 2:2. Trabzon təmsilçisinin qollarını Andreas Kornelius və Antoni Nvakaeme vurub. İstanbul klubunun heyətində isə Emre Qılınc iki dəfə fərqlənib.
Günün digər matçında "Göztəpə" öz meydanında "Başakşəhər"i 2:1 hesabı ilə məğlub edib. "Hatayspor" isə səfərdə "Rizəspor"u 2:0 hesabı ilə üstələyib. "Fənərbağça" - "Sivasspor" matçında isə 1:1 hesablı bərabərlik qeydə alınıb.
Turun digər oyunları sentyabrın 13-də keçiriləcək.
Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 10 xalla "Beşiktaş" başçılıq edir. İkinci və üçüncü pillələrdə müvafiq olaraq onunla eyni xal toplayan "Trabzonspor" və "Fənərbağça" qərarlaşıb.