Aerobika gimnastikası üzrə Avropa çempionatında üç idmançımız mübarizə aparacaq

A- A A+

Sentyabrın 17-19-da İtaliyanın Pezaro şəhərində aerobika gimnastikası üzrə Avropa çempionatı keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, çempionatda ölkəmizi qadınların mübarizəsində Nurcan Cabbarlı və Dilarə Qurbanova, kişilərin yarışında isə Vladimir Dolmatov təmsil edəcək.

Çempionatda dünya və Avropa çempionlarının iştirakı gözlənilir. Belə ki, mayın 27-29-da Bakıda təşkil olunan dünya çempionatının qalibi türkiyəli Ayşe Onbaşı və İspaniya idmançısı Migel Manenin də iştirakı dəqiqləşib.

Qeyd edək ki, Avropa çempionatında 164 yeniyetmə və 163 böyük gimnast medallar uğrunda mübarizə aparacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: