"Sabah” klubu Premyer Liqada 40-cı məğlubiyyətini alıb

A- A A+

"Sabah” klubu Premyer Liqada 40-cı məğlubiyyətini alıb. Bakı klubu üçüncü turun “Qəbələ” ilə ev oyununda uduzub – 0:2.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, paytaxt təmsilçisi 2018/2019-cu il mövsümündən çıxış etdiyi Premyer Liqadakı 79-cu matçında 40-cı dəfə uduzub. Bakılıların hesabında 19 qələbə və 20 heç-heçə də var. Məğlubiyyətlərdən 21-i ev, 19-u səfər görüşündə qeydə alınıb.

Qeyd edək ki, cari mövsümün hər üç matçında uduzan “Sabah” ilk məğlubiyyətini 2018-ci il avqustun 19-da evdə “Sumqayıt”dan alıb – 1:4.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: