Noyabrın 5-7-də Bakıda cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi Beynəlxalq Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, turnirdə artıq 3 ölkə - Sloveniya, Çexiya və Bolqarıstan iştirakını təsdiqləyib. Belə ki, Sloveniya 13, Çexiya 6, Bolqarıstan 1 cüdoçu ilə təmsil olunacaq.
Paytaxtımızda keçiriləcək nüfuzlu yarışda iştirak edəcək Azərbaycan komandasının heyəti isə hələ açıqlanmayıb.
Cüdo üzrə “Böyük dəbilqə” turniri Bakıda 2013-cü ildən keçirilir.