Boksçularımız beynəlxalq turnirdə iştirak edəcəklər

A- A A+

Sentyabrın 15-də Rusiyanın Krasnodar şəhərində gənc boksçular arasında Nikolay Pavlyukovun xatirəsinə həsr olunan beynəlxalq turnir start götürəcək.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 4 gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.

Komandamız səfərə baş məşqçi Əsgər Eyvazovun rəhbərliyi altında yollanıb. Məşqçilər korpusu turnirdə Tural Sarıyev (48 kq), Nicat Hüseynov (51 kq), Zaur Qəhrəmanov (60 kq) və Fətəli İsmayılova (86 kq) şans verəcək.

Millimiz sentyabrın 19-da Vətənə qayıdacaq.

Qeyd edək ki, yarış Monteneqronun Budva şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: