UEFA Çempionlar Liqası: “Beşiktaş” öz meydanında məğlub olub

A- A A+

Sentyabrın 15-də futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin birinci turun növbəti oyunları keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyənin turnirdəki yeganə təmsilçisi "Beşiktaş" Almaniyanın "Borussiya Dortmund” komandasını qəbul edib.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Dortmund təmsilçisinin heyətində Djud Bellinqhen və Erlinq Holanda, meydan sahiblərinin isə Fransisko Montero fərqləniblər.

Bu qrupun digər görüşündə Niderland təmsilçisi "Ayaks" Portuqaliyada "Sportinq"in qonağı olacaq. Həmin görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Gecənin digər erkən başlayan görüşündə Moldovanın “Şerif” klubu öz meydanında Ukraynanın “Şaxtyor Donetsk” komandasını iki cavabsız qolla məğlub edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: