50 nəfərin iştirak etdiyi idmançıların “Yay məktəbi” sona çatıb - FOTOLAR
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Ağbulaq İstirahət Mərkəzində idmançıların asudə vaxtının səmərəli keçirilməsi məqsədilə təşkil olunan ənənəvi “Yay məktəbi”ndə sonuncu mərhələ də yekunlaşıb. Gənclər və İdman Nazirliyi, Həmkarlar İttifaqları Şurası və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi tərəfindən təşkil olunan 3 günlük düşərgədə Boks, Güləş, Futbol və Basketbol federasiyalarından ümumilikdə 50 nəfər iştirak edib. Proqrama əsasən təyin olunan müddət ərzində müxtəlif idman oyunları, stolüstü oyunlar, müsabiqələr və film nümayişləri, həmçinin Ağbulaq kəndi ərazisinə gəzinti təşkil olunub.
Qeyd edək ki, “Yay məktəbi”nin geridə qalan 3 mərhələsində muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarından ümumilikdə 150 nəfər məşqçi və idmançı iştirak edib.