Naxçıvan Karate-do Federasiyasının yetirməsi Rəşid Süleymanov Belqradda qızıl medalın sahibi oldu - FOTOLAR
Serbiyanın paytaxtı Belqrad şəhərində Beynəlxalq Məktəb İdmanı Federasiyasının (İSSF) təşkilatçılığı ilə Dünya Məktəblilərinin İdman Oyunları keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, milli komandanın üzvü, Naxçıvan Karate-do Federasiyasının yetirməsi Rəşid Süleymanov -63 kq çəki dərəcəsində qızıl medala sahib olub.
Yarışda ölkəmizin adına 1 qızıl, 3 gümüş və 2 bürünc olmaqla, ümumilikdə 6 medal qazanılıb. Digər 14-15 yaşlı yeniyetmə karateçilərimizdən Ramilə Heydərli (kata, 13 yaş), Orxan Musayev (+70 kq), Pərvin Hüseynzadə (-47 kq) gümüş, Cavidan Cəlilzadə (57 kq) və Sunay Kazımova (-54 kq) isə bürünc medal qazanıblar. Bundan başqa, Məryəm Qurbanova (+54 kq) yüksək döyüş texnikası və əzmkarlıq nümayiş etdirdiyinə görə İSSF tərəfindən xüsusi medalla təltif edilib.
Xatırladaq ki, Rəşid Süleymanov avqust ayında Avropa çempionluğu sevincini yaşayıb.