“Zirə” klubu son dəqiqələrdə qələbəni əldən verib

A- A A+

Sentyabrın 18-də futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, günün ikinci matçında "Zirə" klubu "Sabah"ı qəbul edib.

Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Oyunda meydan sahiblərinin legioneri Mohamed Hamdaui 49-cu dəqiqədə hesabı açıb. "Sabah"ın futbolçusu Şpiro Periçiç 83-cü dəqiqədə qonaqların bərabərlik qolunu vurub.

Xallarının sayını 5-ə çatdıran "qartallar" turnir cədvəlinin 5-ci pilləsinə yüksəlib. İlk xalını qazanan "Sabah" isə 7-ci yerdədir.

Qeyd edək ki, günün digər oyununda "Qəbələ" evdə "Səbail"in qapısından 5 cavabsız top keçirib.

Sentyabrın 19-da "Neftçi" "Keşlə"ni qəbul edəcək. Tura sentyabrın 20-də "Qarabağ" - "Sumqayıt" görüşü ilə yekun vurulacaq.

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: