Azərbaycan Premyer Liqası: "Neftçi" "Keşlə" ilə qarşılaşacaq

A- A A+

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, son çempion "Neftçi" "Keşlə"ni qəbul edəcək.

“Bakcell Arena”dakı qarşılaşma saat 18:30-da start götürəcək. Meydan sahibləri 3 matçdan sonra 4 xalla 6-cı pillədə qərarlaşıb. Xalı olmayan qonaqlar isə sonuncu - 8-ci yerdədir.

Komandalar indiyədək Premyer Liqada 66 dəfə üz-üzə gəliblər. Bunların 36-da flaqman, 15-də isə "Keşlə" 3 xal qazanıb. Topların fərqində də "Neftçi"nin aşkar üstünlüyü var - 103:63. “Keşlə” son 5 görüşdə məğlub olub. “Neftçi”nin meydanındakı son üç qarşılaşmada hər iki komanda fərqlənib.

Azərbaycan Premyer Liqası, IV tur

18:30. “Neftçi” – “Keşlə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Bakcell Arena”

Qeyd edək ki, turun digər oyunlarında "Qəbələ" "Səbail"i 5 cavabsız qolla üstələyib. "Zirə" isə "Sabah"la heç-heçə oynayıb - 1:1. Tura sentyabrın 20-də keçiriləcək "Qarabağ" - "Sumqayıt" görüşü ilə yekun vurulacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: