UEFA Çempionlar Liqası: “Araz-Naxçıvan”ın yer aldığı altıncı qrupun oyunlarının təqvimi açıqlanıb

A- A A+

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın yer aldığı altıncı qrupun oyunlarının təqvimi açıqlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, bu qrupun oyunları oktyabrın 28-də, 29-da və 31-də keçiriləcək.

Təmsilçimiz ilk matçda “Uraqan İvano – Frankivsk” (Ukrayna) klubu ilə üz-üzə gələcək. Ertəsi gün “Yunayted Qalati” (Rumıniya) komandası ilə qarşılaşacaq Azərbaycan çempionu sonda “Liqeni” (Kosovo) ilə münasibətlərinə aydınlıq gətirəcək.

Bu qrupun oyunları Ukraynada keçiriləcək. Yalnız qrup qalibi elit-raunda vəsiqə qazanacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: