Naxçıvan şahmatçılarının Türkiyə səfəri uğurlu olub - FOTOLAR

A- A A+

Türkiyə Şahmat Federasiyasının təşkilatçılığı ilə 13-18 sentyabr tarixlərində Kırşehirdə beynəlxalq turnir təşkil olunub. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, yarışda Naxçıvan Şahmat Federasiyasının təmsilçiləri də iştirak edərək, uğurlu nəticələrə müvəffəq olublar. Qızlar arasındakı nəticələrə əsasən "A" qrupunda Nəsrin Babayeva (Ümumi sıralamada 10-cu yer) , "B" qrupunda isə Nazlı Hümbətova qalib olublar. "A" qrupunda yer alan digər təmsilçilərimiz Sadiq Qarayevlə (8-ci) və Ayxan Əliyev (9-cu) turniri ilk onluqda bitiriblər. 

Ərturan İsmayılov "B" qrupunun üçüncüsü olub. Zahid Allahverdiyev 14 yaşlılarda ikinci, Anar İbrahimzadə isə 10 yaşlılarda üçüncü sırada qərarlaşıb. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: