"Real Madrid" rekordunu təkrarlayıb

A- A A+

İspaniyanın "Real Madrid" futbol komandası öz rekordunu yeniləyib.

NUHÇIXAN İnformasiya Agentliyi "Gracenote" nəşrinə istinadən xəbər verir ki, "kral klubu" buna "Valensiya"nı 2:1 hesabı ilə məğlub etdiyi La Liqanın V tur oyununda nail olub.

Beləliklə, paytaxt təmsilçisi səfərdəki məğlubiyyətsizlik seriyasını 18 matça çatıb. Madridlilər 1996-cı martından 1997-ci ilin fevralınadək, həmçinin 2016-cı ilin yanvarından dekabrınadək səfərdə 18 qarşılaşmada məğlubiyyət üzü görməyib.

Bundan əlavə, "Real Madrid" ev və səfər daxil olmaqla, 10 oyundur uduzmur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: