"Hou Yifan Challenge": Günay Məmmədzadədən iki qələbə

A- A A+

Bu gün şahmat üzrə "Hou Yifan Challenge" adlı turnirdə daha dörd turun oyunları keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Yudit Polqarın komandasında yer alan Azərbaycanın qadınlardan ibarət milli komandasının lideri Günay Məmmədzadə günün birinci qarşılaşmasında - 10-cu turda Leya Qarifullina (Rusiya) üzərində qələbə qazansa da, növbəti iki turda - Balaji Dagupati (ABŞ) və Vayşali Rameşbabuya (Hindistan) məğlub olub. Yuner Zhu (Çin) ilə son qarşılaşmanı isə şahmatçımız qələbə ilə başa vurub. Aktivində 3,5 xal olan G.Məmmədzadə 16-cı pillədə yer alır.

Turnirdə iki komandanın - Yudit Polqar və Vladimir Kramnikin komandalarının heyətində ümumilikdə 17 şahmatçı mübarizə aparır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: