Bu gün şahmat üzrə "Hou Yifan Challenge" adlı turnirində növbəti dörd turun oyunları keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Yudit Polqarın komandasında yer alan Azərbaycanın qadınlardan ibarət milli komandasının lideri Günay Məmmədzadə günün birinci qarşılaşmasında – 14-cü turda Yahli Sokolovski (İsrail), növbəti turda Tingjie Lei (Çin), son iki turda isə Avonder Liang (ABŞ) və Volodar Murzin (Rusiya) ilə mübarizə aparacaq. Qeyd edək ki, 13 turun nəticəsinə görə, aktivində 3,5 xal olan G.Məmmədzadə 16-cı pillədə yer alır.
Turnirdə iki - Yudit Polqar və Vladimir Kramnikin komandalarının heyətində ümumilikdə 17 şahmatçı mübarizə aparır.