Voleybolçu qızlar muxtar respublika birinciliyində - FOTOLAR

A- A A+

İlham Əliyev adına Olimpiya İdman Kompleksində qızlardan ibarət voleybol komandaları arasında Naxçıvan Muxtar Respublika açıq birinciliyinə start verilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, yarışa şəhər və rayonlardan ümumilikdə 9 komanda qatılıb. Regionda qadın voleybolunun inkişaf etdirilməsi, kütləviliyin təmin olunması və idmançıların oyun təcrübəsinin artırılması məqsədilə keçirilən birincilik Gənclər və İdman, Təhsil nazirlikləri və Voleybol Federasiyası tərəfindən birgə təşkil olunub.

Yarışın reqlamentinə əsasən komandalar dairəvi sistem üzrə 2 yarımqrupda mübarizə aparacaq. Hər qrupdan yüksək xal toplayan iki komanda yarımfinal mərhələsinə adlayacaq. Qaliblər finalda, digərləri isə üçüncülük görüşündə bir-birinə rəqib olacaq.

Birinciliyə sabah yekun vurulacaq. İlk üçlükdəki kollektivlər diplom, medal, kubok və hədiyyələrlə mükafatlandırılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: