"Qızıl buts" mükafatı Levandovskiyə təqdim olunub

A- A A+

Polşa millisinin və Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovskiyə "Qızıl buts" mükafatı təqdim olunub.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, 33 yaşlı hücumçu 2020/2021 mövsümündə Bundesliqada 42 qola imza atıb.

Təcrübəli forvard İspaniya "Barselona"sından Fransa PSJ-sinə keçən Lionel Messini (30 qol) və İtaliya "Yuventus"unu İngiltərə "Mançester Yunayted"inə dəyişən Kriştianu Ronaldunu (29 qol) geridə qoyub.

Qeyd edək ki, Robert Levandovski "Bavariya"da 2014-cü ildən forma geyinir. "Qızıl buts" mükafatı Avropa liqalarında ən çox qol vurmuş futbolçuya verilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: