Cüdoçularımız gənclər arasında dünya çempionatında iştirak edəcəklər

A- A A+

Oktyabrın 6-da İtaliyanın Olbia şəhərində gənclər arasında cüdo üzrə dünya çempionatı start götürəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yarışda ölkəmizi 9 idmançı təmsil edəcək. Belə ki, kişilər arasında Turan Bayramov (60 kq), Kamran Süleymanov, Rəşad Quluzadə (66 kq), Nəriman Mirzəyev (73 kq) və Elcan Hacıyev (81 kq) mübarizə aparacaqlar.

Qadınların yarışında isə ölkəmizi Aydan Vəliyeva (48 kq), Səbinə Əliyeva (52 kq), Rita Əliyeva (57) və Nərmin Əmirli (78 kq) təmsil edəcəklər.

Dünya çempionatı oktyabrın 10-da başa çatacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: