Formula 1 üzrə gələn il keçiriləcək dünya çempionatının ilkin təqvimi məlum olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Avropa mətbuatının məlumatına görə, ilk yarış martın 20-də Bəhreyndə keçiriləcək.
Mövsüm noyabrın 20-də Abu-Dabidə yekunlaşaçaq. Azərbaycan Qran-Prisi isə iyunun 12-də təşkil olunacaq.
Ümumilikdə mövsümdə 23 yarışın keçirilməsi planlaşdırılır.