Naxçıvan idmançıları klublararası respublika turnirində 4 qızıl və 2 gümüş medal qazanıb

A- A A+

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Bakı şəhərində uşu idman növü üzrə 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan klublararası respublika turniri keçirilib. Yarışda Naxçıvan Kikboksinq Federasiyasının idmançıları da iştirak edib. Məşqçi Kəmaləddin Rzayevin rəhbərliyi altında yarışa yeddi idmançımız qatılıb. Onlardan 6-sı mükafatçılar sırasına düşməyi bacarıb. 

Təmsilçilərimizdən Fərişad Süleymanlı (14 yaş, 45 kq), Məmməd Məhəmmədov (13 yaş, 47 kq), Enes Babayev (11 yaş, 20 kq) və Əli Nəsurullayev (11 yaş, 30 kq) müvafiq çəki və yaş kateqoriyaları üzrə 1-ci olublar. Turqay Həsənov (2008, 42 kq) və İsməddin Rzayev (2011, 39 kq) yarışı ikinci sırada yekunlaşdırıblar. Bu nəticələrlə Naxçıvan komandası turniri  4 qızıl və 2 gümüş medalla tamamlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: