Naxçıvan idmançısı ölkəmizi Moskvada keçiriləcək dünya çempionatında təmsil edəcək

A- A A+

Bakı şəhərində pauerliftinq, deadlift və benç press üzrə kişilər və qadınlar arasında açıq Azərbaycan çempionatı keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Pauerliftinq Federasiyası tərəfindən birgə təşkil olunan yarış 17-19 sentyabr tarixlərini əhatə edib. Yarışda muxtar respublika idmançısı, milli komandanın üzvü Əli Əsgərov benç press növündə uğurlu nəticəyə imza atıb. Təmsilçimiz 215 kiloqramlıq ağırlığın öhdəsindən gələrək öz çəki dərəcəsində (90kq) birinci yerə sahib çıxıb. Digər təmsilçimiz Turan Qədimli (75 kq) də mükafatçılar sırasına düşüb. O, benç press yarışında 160 kiloqramlıq nəticə ilə 2-ci olub. İlk üçlükdəki idmançılara diplom, kubok və medal təqdim edilib. 

Qeyd edək ki, Əli Əsgərov dekabr ayında Rusiyanın paytaxtı Moskva şəhərində keçiriləcək dünya çempionatında ölkəmizi təmsil edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: