UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları keçirilib.
NUHÇIXAN xəbər verir ki, turun ilk oyun günündə üç görüş olub. Qitənin ən nüfuzlu klub turnirində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Belarusun BATE komandası Hollandiya təmsilçisi PSV-ni qəbul edib. Hesabı meydan sahibləri açsalar da, qonaqlar 3:2 hesablı qələbəyə nail olublar.
Portuqaliyada “Benfika” Yunanıstanın PAOK klubu üzərində qələbəni əldən verib. Tərəflər hərəyə bir dəfə fərqləniblər.
Serbiyada "Srvena Zvezda” ilə Avstriyanın “Zaltsburq”u arasındakı görüşdə isə hesab açılmayıb.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşmaları avqustun 28-də və 29-da keçiriləcək.