Naxçıvan Şahmat Mərkəzində növbəti interaktiv dərs keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Şahmat Mərkəzində keçirilən növbəti interaktiv dərs ümumtəhsil məktəblərinin şagirdləri üçün saat 11:00-da, ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər üçün saat 12:00-da, Şahmat məktəbləri üçün isə saat 15:00-da baş tutub.

Beynəlxalq dərəcəli şahmat ustası Emin Hacıyev tərəfindən şagirdlər üçün  “Kiçik yaşlı  şahmatçıların oyunlardakı  səhvlərə aid nümunələr” mövzusunda  keçirilən  interaktiv  dərsdə  şahmata yeni başlayanlar  üçün  sadə  debütlər  izah olunaraq nümayiş olunub. İtalyan oyunu  və Şimal qambitinə  aid oyunlardakı səhvlər  bildirilib və birlikdə  təhlil  olunaraq düzgün  oynamaq qaydaları göstərilib.

Müəllimlər üçün  keçirilən  seminarda şahmat oyununun sonluq hissəsi  olan endşpilə aid məsələ  həllərinə geniş  yer verilməsinin  lazım olduğu  bildirilib.  Xüsusilə  piyada sonluqları  diqqətdə  saxlanılıb. 

Şahmat  məktəbləri ilə  keçirilən  interaktiv  dərsdə isə  Emin Hacıyev   açıq  debütlərin  xüsusiyyəti  barədə  məlumat verib. Açıq debütlərə  aid  oyunlar təhlil  olunub.

İnteraktiv dərs muxtar respublikanın 200-dən artıq təhsil müəssisəsində şagird və müəllimlər tərəfindən elektron lövhədə izlənilib.

Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: