“Barselona” və “Yuventus”un sabiq futbolçusu Dani Alveş 2021-ci ilin sonunadək heç bir klubda oynamayacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu 38 yaşlı müdafiəçi özü açıqlayıb.
Son olaraq 2019-cu ildən formasını geyindiyi “San-Paulo”dan ayrılan sağ cinah oyunçusu yanvaradək dincəlmək fikrində olduğunu bildirib.
Futbolçunun konkret olaraq 4 təklif aldığı, onlar arasında Avropa klubunun olduğu da bildirilib.