Sentyabrın 25-də futbol üzrə İtaliya A Seriyasının 6-cı turunun oyunlarına start verilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turun açılış görüşündə çempionluğa iddialı “Milan” səfərdə autsayder “Spezia” klubunun qonağı olub.
Görüş Milan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Stefano Piolinin yetirmələrinin heyətində Daniel Maldini (48), Brahim Diaz (87), “Spezia”nın heyətində isə Daniele Verde fərqləniblər.
Bu qələbə sayəsində milanlılar xal ehtiyatını 16-ya çatdıraraq turnir cədvəlində liderliyə yüksəliblər. “Spezia” isə dörd xalla 17-ci yerdə qərarlaşıb.