“Champions Chess Tour”: Şahmatçılarımız birinci turda məğlub olublar

A- A A+

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin birinci turunun oyunları keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yarışda Azərbaycanı qrosmeysterlərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edirlər.

Birinci turda Ş.Məmmədyarov ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gəlib. Qarşılaşma şahmatçımızın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

T.Rəcəbov isə Vladislav Artemyevlə mübarizə aparıb. Dörd partiyanın hamısı bərabərliklə başa çatdığı üçün tay-breyk oynanılıb. Teymur Rəcəbov burada rəqibinə 0,5:1,5 hesabla məğlub olub.

Qeyd edək ki, hər matçda dörd partiya oynanılır. Qalib müəyyənləşməzsə, blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.

Turnirin mükafat fondu 100 000 ABŞ dollarıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: