Azərbaycan şahmatçıları komanda dünya çempionatında mübarizə aparacaqlar

A- A A+

Sentyabrın 27-də İspaniyanın Sitges şəhərində qadın şahmatçılar arasında dünya çempionatı start götürəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turnirdə iştirak edəcək Azərbaycan komandasının heyətində Günay Məmmədzadə, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Zeynəb Məmmədyarova və Ülviyyə Fətəliyeva yer alıblar.

Dünya çempionatında komandamızdan başqa Fransa, Hindistan, Rusiya, Gürcüstan, Qazaxıstan, İspaniya, ABŞ, Almaniya, Polşa, Ukrayna və Ermənistan komandaları da iştirak edəcəklər.

Dünya çempionatı oktyabrın 3-dək davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: