İspaniyanın Sitges şəhərində qadın şahmatçılar arasında dünya çempionatının birinci və ikinci turunun oyunları keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Günay Məmmədzadə, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Zeynəb Məmmədyarova və Ülviyyə Fətəliyevanın yer aldığı Azərbaycan komandası birinci turda Hindistan yığması ilə heç-heçə edib.
İkinci turda isə yığmamız Ermənistan komandası ilə üz-üzə gəlib. Bu turda da heç-heçə qeydə alınıb.
Dünya çempionatı oktyabrın 3-dək davam edəcək.