UEFA Konfrans Liqasının qrup mərhələsində Kiprdə "Omoniya" və "Qarabağ" komandaları arasında keçiriləcək II tur oyununun hakimləri müəyyənləşib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, oyun şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb.
FIFA referisi Bobby Maddenə, yan xətt hakimləri David Roome və Alan Mulvanny köməklik göstərəcək. Dördüncü hakim Craig Napier olacaq.
Qeyd edək ki, sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda oynanılacaq "Omoniya" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.