İspaniyanın "Real Madrid" klubunda çıxış edən Kərim Benzema Çempionlar Liqası tarixində ən çox qol vuran 4-cü futbolçu olub.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, 34 yaşlı hücumçu buna evdə Moldova "Şerif"inə 1:2 hesabı ilə uduzduqları oyunda nail olub. 64-cü dəqiqədə penaltidən fərqlənən fransalı forvard Madrid təmsilçisinin sabiq oyunçusu Raul Qonsalesi üstələyərək turnirdə 72-ci qoluna imza atıb.
Hazırda yalnız İngittərə "Mançester Yunayted"ində çıxış edən Kriştianu Ronaldu (136), Fransa PSJ-sindən Lionel Messi (120) və Almaniya "Bavariya"sından Rovert Levandovski (75) Benzemadan daha çox qol vurub.