“Rəngli xəyallar” kitabı məhdud fiziki imkanlı müəllifin həyat hekayəsindən bəhs edir - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sağlamlıq imkanları məhdud gənc yazıçı Nail Nəvainin “Rəngli xəyallar” kitabının təqdimat mərasimi keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun dəstəyi ilə nəşr olunan “Rəngli xəyallar” kitabının təqdimat mərasimində Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev gənclərin cəmiyyətdəki rolundan, onların təhsilinin, dünyagörüşünün, yardıcılıq qabiliyyətlərinin və intellektual biliklərinin artırılması üçün dövlətin yaratdığı hərtərəfli imkanlardan danışıb.

Cəbi Quliyev bildirib ki, Gənclər Fondunda 500-dən artıq könüllü var ki, bu könüllülər vətəndaşlara göstərilən xidmətlərdə və başqa tədbirlərdə fəallıqla iştirak edirlər. Məhz, onlardan biri də bu gün kitabının təqdimatı keçirilən fiziki imkanları məhdud gənc yazar Nail Hacıyevdir. O, “Rəngli xəyallar” adlı ilk kitabı ilə oxucularla görüşür. Bu da onun yaradıcılıq fəaliyyətinə stimul verəcək, yeni kitablar və əsərlər yazmağa həvəsləndirəcəkdir.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair Asim Əliyev muxtar respublikada bədii yaradıcılıqla məşğul olan gənclərin sıralarının hər il daha da artdığını bildirib.  Vurğulayıb ki, gənc yazıçılara daim diqqət və qayğı göstərilir, onların əsərləri, kitabları və digər yaradıcılıq nümunələri ölkəmizdə və xaricdə işıq üzü görür.

“Rəngli xəyallar” kitabı ilə bağlı fikilərini də bildirən şair Asim Əliyev bildirib ki, fiziki imkaları məhdud olan gənc yazar Nail Nəvai kitabda öz həyat hekayəsini qələmə alıb.

Müəllif bu əsərində insanın öz həyatını ümidini itirmədən və sabaha rəngarəng xəyallar qurmaqla yaşamasından danışır. Kiçik yaşlarından iflic olan, uzun müddət müalicə alan biri kimi gənc Nail həyatın bir çox çətinlikləri ilə üzləşib. Buna baxmayaraq, ümidini itirmədən və sabaha daha böyük ümidlərlə baxan, “Ümid insan ruhunda doğan günəş kimidir”, - deyən gənc qələm sahibi rəngli xəyallarının gerçəkləşəcəyinə inanır. Əsərdə obraz kimi Nailin özünü və onun sağalması üçün min bir əziyətə qatlaşan valideynlərini görmək olar. Buna görə də gənc yazarın bu əsərini avtobioqrafik  povest də adlandırmaq olar.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Naib Əlizadə muxtar respublikada bu kateqoriyadan olan gənclərə göstərilən qayğıdan, onların cəmiyyətə inteqrasiyası üçün həyata keçirilən tədbirlərdən danışıb.

Gənc yazıçının valideyni Nəvai Hacıyev yaradıcılıqda ilk addımlarını atan övladına göstərilən dəstəyə görə Nail Hacıyev isə bu kateqoriyadan olan gənclərə göstərilən dövlət qayğısına və onun kitabının ərsəyə gəlməsində xidmətləri olanlara minnətdarlıqlarını bildiriblər.                          

Tədbirdə “Rəngli xəyallar” kitabını oxuyan, həmçinin gənc yazarı yaxından tanıyan digər çıxış edənlər səmimi fikirlərini bildiriblər.

Sonra kitabın müəllifi, gənc yazar Nail Nəvai tədbir iştirakçılarına, o cümlədən gənc oxuculara öz kitabını hədiyyə edib.

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: