Əcnəbi azarkeşlər "Pekin-2022"yə buraxılmayacaqlar

A- A A+

"Pekin-2022" Qış Olimpiya Oyunları çərçivəsində yarışlara biletləri yalnız Çinin qitə hissəsinin sakinləri ala biləcəklər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin saytında bildirilir.

Məlumata əsasən, ölkə hakimiyyəti yarışlara xarici azarkeşləri buraxmamaq qərarına gəlib. Yarışlara baxmaq istəyən idmansevərlər koronavirusa qarşı protokolların tələblərinə cavab verməli olacaqlar. Protokolların ətraflı müddəaları daha sonra formalaşdırılacaq.

Qeyd edək ki, "Pekin-2022" Qış Olimpiya Oyunları 4-20 fevral tarixlərində keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: